Qətər ABŞ-dan 2,5 milyard dollarlıq hava hücumundan

Qətərin Müdafiə Nazirliyi Amerika istehsalı olan hava hücumundan müdafiə sistemlərinin satın alınması ilə bağlı ABŞ-la müqavilə bağlayıb.

Metbuat.az xəbər verir ki, Al Jazeera telekanalının yaydığı məlumata görə, hava hücumundan müdafiə sisteminin istehsalçısı “Raytheon” kompaniyası ilə müqavilə əmirliyin müdafiə üzrə dövlət naziri Xalid bin Məhəmməd əl-Atıyın Vaşinqtona səfəri zamanı imzalanıb. Müqavilənin detalları açıqlanmır. Qətərin dövlət naziri aprelin 18-də Pentaqonun rəhbəri Ceyms Mettislə danışıqlar aparıb və Suriyadakı vəziyyəti müzakirə edib.

Qeyd edək ki, müdafiə nazirlərinin görüşü Vaşinqtonun Suriyada keçirilən əməliyyatlara ərəb ölkələrini və o cümlədən Qətəri cəlb etmək planları barədə xəbərlər fonunda baş tutub.

Bir qədər əvvəl, aprelin 17-də Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr ərəb ölkələrinin hərbi kontingentinin Suriyaya göndərilməsinin mümkünlüyünü bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR