Stiven Siqal erməniləri təkzib etdi

Stiven Siqal erməniləri təkzib etdi
23:29 19 Aprel 2018
115 Digər
Ölkə mətbuatı
A- A+

Amerikalı aktyor və rejissor Stiven Siqal Ermənistana səfər edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. APA-nın məlumatına görə, bu barədə o, özünün "facebook" səhifəsində yazaraq bu məlumatların doğru olmadığını deyib: "Məni Ermənistana dəfələrlə səfər etməyə dəvət ediblər, lakin heç zaman razılıq verməmişəm. Həmçinin heç zaman Dağlıq Qarabağa səfər etməyə razılıq verməmişəm. Çünki mən Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirəm".

 

Qeyd edək ki, Ermənistan mətbuatı Stiven Siqalın aprelin 22-də Ermənistana, həmçinin Dağlıq Qarabağa səfər edəcəyini yazıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299240

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR