Serj Sarkisyan Dağlıq Qarabağdan danışdı

Serj Sarkisyan Dağlıq Qarabağdan danışdı
08:32 20 Aprel 2018
200 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar və kompromisslər yolu ilə həll oluna bilər.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bunu Ermənistanın baş naziri Serj Sarkisyan "Şant" telekanalına Dağlıq Qarabağ münaqişəsi məsələsinin həll olunmamış halda növbəti nəsilə qaldığı və çox guman ki, yeni nəsil yeni yanaşmalar ilə onun həllini tapacağı barədə sualını cavablandırarkən bildirib.

Sarkisyan deyib ki, o, məsələnin növbəti nəsillərə ötürmələrini hesab etmir. "Mənim bu gün baş nazir olmağım da, bununla əlaqəlidir. Danışıqlar prosesi davam etməlidir. Biz mövqeyimizi dəyişməyəcəyik", deyə Sarkisyan bildirib.

Onun sözlərinə görə, sülh yolu razılığa gəlmək deməkdir: "Razılığa gəlmək üçün isə, hər iki tərəfin fikrini nəzərə almaq lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/643921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR