Əhalinin ən çox istifadə etdiyi mobil əlavə Unibank Mobile-dır

Əhalinin ən çox istifadə etdiyi mobil əlavə Unibank Mobile-dır
13:03 20 Aprel 2018
Ölkə mətbuatı
A- A+

Siz hansı bankın mobil əlavəsindən istifadə edirsiniz? Artıq əksər bank müştərisinin bu suala bir cavabı var: Unibank Mobile-dan. Unibankın mobil əlavəsi Unibank Mobile əhalinin ən çox məlumatlı olduğu və yüklənən mobil bank əlavəsidir. “Business Insight International Research Group” tərəfindən mart-aprel aylarında (14 mart-2 aprel) aparılmış sorğunun nəticələri də bunu göstərir. Bakı, Gəncə və Sumqayıt şəhərlərində yaşayan mindən çox respondent arasında keçirilən sorğuya əsasən, ölkə banklarının mobil əlavələri içərisində Unibank Mobile istifadə səviyyəsinə görə 1-ci yerdədir.

“Zəhmət olmasa, eşitdiyiniz mobil bank xidmətləri olan bankların adlarını qeyd edin” sualına cavablar arasında ən çox Unibankın adı çəkilib. Çarpaz təhlillər göstərib ki, bu xidmətindən istifadə edənlər arasında, başqa banklara nisbətən gənc müştəriləri ən çox olan Unibankdır.

Xatırladaq ki, Unibank Mobile son illərdə beynəlxalq monitorinq şirkətləri tərəfindən də MDB-nin ən mükəmməl mobil əlavələrindən olmaqla, Azərbaycanın ən yaxşı mobil bank əlavəsi seçilib. 2017-ci ildə nüfuzlu “Markswebb” agentliyi MDB banklarının “Mobile banking” xidmətləri üzrə hazırladığı reytinqdə Azərbaycanın ən yaxşı mobil bankı olaraq “Unibank” KB-nı seçilib. Unibank Mobile 2016-cı il üçün də MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub. “Deloitte & Touche LLC” şirkətinin araşdırması nəticəsində, Azərbaycan bank sistemində ən qabaqcıl mobil bankinq xidmətinin, məhz Unibank Mobile olduğu açıqlanıb.

Unibank Mobile istifadəçilərinin sayı hazırda 150.000-i keçib. Unibank Mobile, Unibank müştərisinin bütün bank məhsul və xidmətlərinin 90-95 faizindən öz telefonunda istifadə etmək imkanının yaradılmasını məqsəd qoyub. Qoşulması çox asan olan Unibank Mobile, bankın müştərisini təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.

Unibank Mobile- bankdan daha yaxın!


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bank/238208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR