Prezidentdən müstəqillik dərsi (VİDEO)

Prezidentdən müstəqillik dərsi (VİDEO)
23:51 11 Yanvar 2015
205 Digər
Ölkə mətbuatı
A- A+

Bu da faktdır ki, Birləşmiş Ştatlarla həmişə strateji müttəfiq kimi davranan, onu dost-qardaş Türkiyədən əsla ayırmayan Azərbaycan öz yanaşmasına korrektələr etməkdə tam müstəqildir. Buna görə də Azərbaycanın guya hamı ilə münasibətləri korladığı barədə iddialar yəqin ki, hamının Birləmiş Ştatlardan ibarət olduğunu düşünənlərin qənaətidir. Amma biz onu da xatırlayırıq ki, Azərbaycan-bizimdir deyə bayrağını taxacağını vəd etməklə Çin və İranla, diktator getməlidir bəyanatından sonra Özbəkistanla münasibətləri necə korlamışdı... Birləşmiş Ştatlarla olan sərt polemika isə hamı ilə deyil. Birləşmiş Ştatların anti-Azərbaycan ritorikasından ruhlanan İsrail mətbutanın Azərbycanın bostanına atdığı bir iki replikasına gəlincə o da hər şeyi anladı və qayıdıb söykəndi Bakı-Tiflis-Ceyhanın Təl-Əvivə aid olan hissəsinə. Biz isə yenidən Azərbaycan prezidentinin müstəqillik mövzsundakı çıxışlarına birinə, növbətisinə qayıdırıq.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: "Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu gün beynəlxalq aləmdə böyük nüfuza sahib olan Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq cəhdləri əbəsdir. Bunların heç bir təsiri yoxdur, bu, bizim siyasətimizə heç vaxt təsir etməyəcək. Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz. Bunu hamı bilməlidir. Biz həm rəsmi bəyanatlarda, eyni zamanda, bağlı qapılar arxasında aparılan müzakirələrdə öz mövqeyimizi müdafiə edirik. Biz ikili standartlardan uzağıq və hesab edirik ki, beynəlxalq münasibətlərdə ikili standartlara yol verilməməlidir. İkili standartlar o standartları tətbiq etmək istəyənlərin əleyhinə də işləyir. Biz bunu indi tarixdən və dünyada gedən proseslərdən görürük. Daxili işlərə müdaxilə etmək, kimisə hansısa işlərə təhrik etmək - bu, heç kimə xeyir gətirmir. Bu, ölkələri qarışdırır, sabitliyi pozur, ölkələrdə qanlı toqquşmalara gətirib çıxarır və bu qanlı toqquşmaların arxasında dayanan qüvvələrə də nəticə etibarilə mənfi təsir göstərir. Çünki bu gün dünyada bütün ölkələr demək olar ki, bir-biri ilə bağlıdır və istənilən yerdə baş verən hadisə nə vaxtsa başqa yerdə də öz əks-sədasını verə bilər. Bir daha demək istəyirəm ki, bizim mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanır. Biz bu mövqeyi uğurla müdafiə edirik və edəcəyik”.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=319065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR