"Formula-1"lə bağlı iki xəstəxana ayrıldı

"Formula-1"lə bağlı iki xəstəxana ayrıldı
15:08 20 Aprel 2018
Ölkə mətbuatı
A- A+

Səhiyyə naziri Oqtay Şirəliyev27 – 29 apreldə “Formula-1 Azərbaycan Qran Prisi”ndə tədbirin iştirakçılarına və qonaqlara tibbi yardımı təmin etmək məqsədilə əmr imzalayıb.

Nazirlikdən bildirilib ki, əmrə əsasən, ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyası Mərkəzi Neftçilər Xəstəxanasında və Bakı şəhər Kliniki Tibbi Mərkəzdə təşkil ediləcək.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə nümayəndə heyətləri üçün ayrılmış mehmanxanalarda və iaşə müəssisələrində sanitariya-gigiyena qaydalarına əməl olunması ciddi nəzarət etmək tapşırılıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/238227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR