İrəvanda polis vəhşiliyi

Bu gün Ermənistanda hüquq-mühafizə orqanları etiraz aksiyalarında iştirak edən yeniyetmə oğlanı döyüb.

Metbuat.az xəbər verir ki, bu barədə erməni mətbuatı videogörüntü yayıb. Belə ki, Ermənistan polisinin xüsusi təyinatlıları yeniyetməyə güc tətbiq edərək onu məcburi qaydada polis idarəsinə aparmaq istəyiblər.

Lakin oğlan polislərin bu istəyinə qarşı çıxıb və müqavimət gösətirb. Nəticədə polislər onu yerlə sürüyərək, zərblər endiriblər. Görüntülərdən bəlli olur ki, üç polis əməkdaşının hərəktlərindən əsəbləşən yerli sakinlər onlara müdaxilə ediblər. Nəticdə polislər insanların çoxaldığını görərək gənci sərbəst buraxıb.

Qeyd edək ki, Ermənistanda keçirilən etiraz aksiyalarında onlarla insan həbs edilib, polislə baş verən toqquşmalarda ən azı 20 nəfər xəsarət alıb.


Hava ilə bağlı XƏBƏRDARLIQ! - Proqnoz AÇIQLANDI - oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR