“Google” yeni “Chat” hazırlayır və “Allo” messenceri üzərində işləri dayandırır

“Google” yeni “Chat” hazırlayır və “Allo” messenceri üzərində işləri dayandırır
16:35 20 Aprel 2018
Ölkə mətbuatı
A- A+

“Google” şirkəti öz messencerləri ilə bağlı qarma-qarışıqlığı aradan qaldırmaq üçün növbəti dəfə təşəbbüs edir.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” resursuna istinadən yazır ki, “Google Talk”, “Google Voice”, “Google+ Huddles”, “Hangouts”, “Allo” servisləri istifadəçilərin rəğbətini qazana bilməyib.

Hazırda “Google” şirkəti “RCS” (“Rich Communication Services”) protokoluna əsaslanacaq “Chat” adlı yeni xidmət üzərində işləyir. Bu xidmət bilavasitə “Android Messages”ə inteqrasiya ediləcək. “RCS” protokolunun SMS-i bazardan sıxışdırıb çıxaracağı gözlənilir.

“Chat” xidməti mesajın oxunması haqda nişan, mətn yığımı indikatoru, yüksək təsvir ölçülü foto və video, qrup çatları kimi xüsusiyyətlərə malik olacaq. “Chat” faktiki olaraq operator xidmətidir. “SMS” mesajlar kimi “Chat” xidməti də şifrlənməyəcək, amma SMS tarifləri ilə deyil, internet-trafik üzrə ödəniş ediləcək. Sözügedən xidmətin rəsmi təqdimetmə tarixi ilin sonuna gözlənilir. Ancaq bu servisin tətbiqi konkret operatorlardan asılı olacaq.

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-54034-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR