Azərbaycanda ölümlə nəticələnən

Cəlilabadın Alar kəndi ərazisində yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, “Qazel” markalı yük maşını ilə sərnişin avtobusu toqquşub.

Masallı rayonunun Əhmədli kənd sakini, 37 yaşlı Mehman Qafarov ağır yaralanıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Qəzada yaralanan digər 3 nəfər isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Paytaxtın Nizami rayonunda yüksək sürət yol qəzasına səbəb olub.

“Koroğlu” metrosu yaxınlığında yolun təmir gedən hissəsində hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticə avtomobil yol ayrıcındakı işıq dirəyinə çırpılıb və daha sonra qarşı yola çıxıb.

Faktlarla əlaqədar araşdırma aparılır.


Dünyanın ən təhlükəli hava limanı - Baxın necədir?/ FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR