Avropadan Lvova yeni dəmir yolu xətti çəkiləcək -

Ukrayna Prezidenti Petro Poroşenko Avropadan Lvov şəhərinə yeni qısa dəmir yolu xəttinin çəkilişinə dair göstəriş verəcək.

Metbuat.az xəbər verir ki, bu barədə P.Poroşenko Lvova işgüzar səfəri zamanı məlumat verib.

O bildirib ki, turistlərin Avropadan Lvova birbaşa qısa yolla gəlməsi üçün yeni dəmir yolunun çəkilişinə ehtiyac var. Bundan başqa, Ukrayna vasitəsilə Avropaya yüklərin daşınmasında böyük üstünlüklər əldə edilmiş olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR