"Shamkir Chess 2018"-də 2-ci tura yekun vuruldu

"Shamkir Chess 2018"-də 2-ci tura yekun vuruldu
20:38 20 Aprel 2018
88 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirində II turun görüşləri keçirilib.

Publika.az xəbər verir ki, bu turda da bütün qarşılaşmalar heçə-heçə yekunlaşıb.

Şəhriyar Məmmədyarov qara fiqurlarla polşalı Radoslav Voytaşeklə xalı yarı bölüb. Tərəflər 41-ci gedişdən sonra heç-heçəyə razılaşıblar. Azərbaycanın daha 2 təmsilçisi - Teymur Rəcəbov və Rauf Məmmədov arasındakı görüşdə də qalib müəyyənləşməyib - 0,5:0,5.

Digər görüşlərin nəticələri isə belədir:

Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin) - 0,5:0,5

Maqnus Karlsen (Norveç) - David Navara (Çexiya) - 0,5:0,5

Veselin Topalov (Bolqarıstan) - Aniş Giri (Hollandiya) - 0,5:0,5

Qeyd edək ki, ilk turda bütün qarşılaşmalar heç-heçə ilə yekunlaşıb. Hazırda 10 iştirakçının hamısının aktivində 1 xal var.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/238265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR