53 yaşlı qadın sirkə turşusu içdi

53 yaşlı qadın sirkə turşusu içdi
22:29 20 Aprel 2018
92 Digər
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayon sakini intihara cəhd edib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında Ağdam rayonundan olan məcburi köçkün, İsmayıllı şəhərində məskunlaşan 1965-ci il təvəllüdlü Allahverdiyeva Təzəgül İslam qızı yaşadığı evdə sirkə turşusu içib.

 

Qadın zəhərləndiyi üçün təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

 

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299323

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR