Gürcüstan - Azərbaycan sərhədində meyit tapıldı

Gürcüstan - Azərbaycan sərhədində meyit tapıldı
04:58 21 Aprel 2018
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin əməkdaşı Gürcüstan-Azərbaycan sərhədində yerləşən postda ölü vəziyyətdə tapılıb.

Publika.az "Sputnik"ə istinadən xəbər verir ki, üzərində odlu silah yarası olan meyit Laqodexi rayonu ərazisində aşkar edilib.

İlkin məlumatlara görə, sərhədçi intihar edib. Hadisə yerinə kriminalist-ekspertlər cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/238284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR