İrəvanda etirazlar davam edir: Paşinyana XƏBƏRDARLIQ - CANLI

İrəvanda etirazlar davam edir: Paşinyana XƏBƏRDARLIQ - CANLI
11:48 21 Aprel 2018
54 Digər
Ölkə mətbuatı
A- A+

İrəvanda Serj Sərkisyanın baş nazir olmasına qarşı etiraz aksiyalarının 9-cü günü başlayıb.

Axar.az xəbər verir ki, etirazçıların bu gün də İrəvandakı küçələrə bağlamağa cəhd edəcəkləri bildirilib. Aksiyaların lideri Nikol Paşinyan mitinqə İrəvanın 7-ci mikrorayonundan başlayacaq.

***

İrəvanda mitinqin ilk dəqiqələrindən etibarən polislə etirazçılar arasında gərginlik yaranıb. Polis yolu bağlamağa çalışan etirazçıları ərazidən uzaqlaşdırıb.

İrəvan polisinin rəis müavini Valeri Osipyan aksiyanın lideri Nikol Paşinyana yaxınlaşaraq, etiraz aksiyasının qanunsuz olduğunu açıqlayıb. O, Paşinyana insanların konstitusion hüquqlarını pozduğunu bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/region/238317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR