Milyonlarla mobil proqram istifadəçilərin məlumatlarını təhlükə altına qoyur

Milyonlarla mobil proqram istifadəçilərin məlumatlarını təhlükə altına qoyur
12:35 21 Aprel 2018
Ölkə mətbuatı
A- A+

"Kasperski Laboratoriyası" antivirus şirkəti tərəfindən keçirilmiş araşdırma nəticəsində məlum olub ki, milyonlarla mobil proqram istifadəçilərin fərdi məlumatlarını təhlükə altına qoyur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlər “Android” sistemi üçün bir neçə populyar proqramı araşdıraraq müəyyən ediblər ki, onlardan bəziləri HTTP protokolu vasitəsilə istifadəçilərin şifrlənməmiş məlumatlarını ötürürlər. Bu, o deməkdir ki, serverə ötürülmə zamanı məlumatlar qorunmur, şifrləmə olmadığına görə hər bir kəs məlumatları ələ keçirə bilər. Məsələn, hakerlər təhlükəsiz olmayan “Wi-Fi” və ya virusa yoluxdurulmuş ev routeri vasitəsilə bunu edə bilərlər.
 
Proqramçıların hazır kənar reklam SDK-dən (proqram təminatının hazırlanması üçün alətlər) istifadə etməsi təhlükə yaradır. Araşdırılmış proqramların ümumi quraşdırma sayı bir neçə milyard təşkil edir və SDK-dən istifadə edən proqramların sayı isə bir neçə milyona yaxındır.
 
Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-54043-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR