Sarkisyan Paşinyanı DİALOQA ÇAĞIRDI və təhdid etdi: “İtkilər olmasın deyə...”

Sarkisyan Paşinyanı DİALOQA ÇAĞIRDI və təhdid etdi: “İtkilər olmasın deyə...”
13:33 21 Aprel 2018
76 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın baş naziri Serj Sarkisyan onun istefasını tələb edən etirazçıların lideri Nikol Paşinyanı dialoqa çağırıb.

Publika.az
xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.

Sarkisyan müraciətində deyib: “İrəvanda bir sıra mitinq və yürüşlər keçirilir. Təəssüf ki, bu aksiyalar qanuni çərçivəni aşır, anarxizm yaradır. Bu hadisələr gözlənilməz nəticələr verə, ictimai asayişi təhlükə altına ata bilər. Mən daxili proseslərdən dərin narahatlıq keçirirəm. İtkilər olmasın deyə parlamentin deputatı Nikol Paşinyanı siyasi dialoqa getməyə və danışıqlar masasında əyləşməyə çağırıram. Bunu təcili etmək lazımdır”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/southcaucasus/238327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR