Astarada piyadanı avtomobil vurub

Astarada piyadanı avtomobil vurub.

Metbuat.az-ın məlumatına görə, hadisə rayonun Təngərüd kəndində qeydə alınıb. Həmin kənd sakini, 1961-ci il təvəllüdlü Elman Mirbaba oğlu Ağayevi avtomobil vurub. O, ağır vəziyyətdə sürücü tərəfindən Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Hazırda E. Ağayevə tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR