Abid Şərifov vəzifəsiz qalmasından danışdı

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

Metbuat.az-ın məlumatına görə, uzun illər hökumətdə baş nazirin müavini postunu tutan Abid Şərifov da yeni hökumətdə yer almayıb. Abid Şərifov gununsesi.info-ya açıqlamasında ölkə başçısının sərəncamını şərh edib:

”Mən uzun illər dövlətə xidmət etmişəm. Bu mənim baş nazirin müavini kimi vəzifəm olub. Bu gün də sadə vətəndaş kimi dövlətimə, prezidentimə sədaqətlə xidmət edəcəm. Allah İlham Əliyevə can sağlığı versin. Bu gün uğurlarımız onun rəhbərliyi ilə qazanılıb. Mən sizə də təşəkkür edirəm ki, yada saldınız”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR