Azərbaycanda ən kiçik Quran kitabı - FOTO

Azərbaycanda ən kiçik Quran kitabı - FOTO
20:33 21 Aprel 2018
82 Digər
Ölkə mətbuatı
A- A+

Müasir dövrdə kitablar yalnız bilik mənbəyi kimi deyil, həm də estetik görkəmi, maraqlı tərtibatı və çox kiçik həcmi ilə də oxucuda maraq oyada bilir. Bu baxımdan Miniatür Kitab Muzeyinin Gəncə filialında saxlanılan “Qurani-Kərim” görənlərin marağına səbəb olur.

Muzeyin ekspozisiya zalında nümayiş etdirilən bu kitab özünün həcminə və çəkisinə görə Azərbaycanda mövcud olan ən kiçik Qurandır. Ölçüsü 2x3 santimetr nisbətində olan kitabın ümumi çəkisi 10 qramdır.

Muzeyin həm də ən qədim eksponatı sayılan miniatür kitab 1672-ci ildə Səudiyyə Ərəbistanında tərtib edilib. Kitabın hər səhifəsinin ümumi həcmi 6 kvadratsantimetr olmasına baxmayaraq, Quranın 114 surəsini və 6 min 236 ayəsinin hamısını tam formada bu kitabın səhifələrində yerləşdirmək mümkün olub. Üzəri dəri ilə cildlənmiş kitabın içərisi qızıl suyu ilə yazılıb. (azertac)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/238338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR