Yarış zamanı qayıqlar aşdı: 11 nəfər öldü, 6 nəfər itkin düşdü

Yarış zamanı qayıqlar aşdı: 11 nəfər öldü, 6 nəfər itkin düşdü
20:48 21 Aprel 2018
71 Digər
Ölkə mətbuatı
A- A+

Çinin cənubundakı Quansi Cuan bölgəsində 2 qayığın aşması nəticəsində 11 nəfər ölüb, 6 nəfər itkin düşüb.

Publika.az xəbər verir ki, hadisə günorta vaxtı Taoxuacian çayında ənənəvi Çin “Əjdaha qayıq”larının müvafiq qurumlarla razılaşdırılmamış yarışı zamanı baş verib. Qəza baş verəndə iki qayıqda ümumilikdə 57 nəfər olub. Köməyə gələnlər 40 nəfəri sudan çıxara biliblər. Hazırda itkin düşənlərin axtarışları davam edir.

Məsələ ilə əlaqədar təşkilatçılardan iki nəfər saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/diger/238369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR