Ağsuda iki “VAZ 2106” toqquşub, 4 nəfər yaralanıb

Ağsuda iki “VAZ 2106” toqquşub, 4 nəfər yaralanıb
21:27 21 Aprel 2018
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağsu rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ağsunun Navahı kəndi ərazisində qeydə alınıb. İki "VAZ 2106" markalı minik avtomobilinin toqquşması nəticəsində Ağsu rayonu Qaraməmədli kənd sakini 1988-ci il təvəllüdlü Abbasov Yalçın Kazım oğlu, həyat yoldaşı 1994-cü il təvəllüdlü Pəri Abbasova, sərnişini 2000-ci il təvəllüdlü Abbasov Tacir Azər oğlu və digər avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü Kərimov Mübariz Mikayıl oğlu ağır bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/644393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR