Moskvada güclü qasırğa nəticəsində 2 nəfər ölüb

Moskvada güclü qasırğa nəticəsində biri uşaq olmaqla 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Metbuat.az-ın məlumatına görə, xəsarət alanlardan 14 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan üçü uşaqdır.

Yağışla müşayiət olunan güclü külək yüzlərlə ağacı aşırıb, bir çox binanın damını uçurub, elektrik naqilləri qırıb və sair fəsadlar törədib.

Qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR