Sumqayıtda iki yeniyetmə dənizdə yoxa çıxdı - FOTO

Sumqayıtda iki yeniyetmə dənizdə yoxa çıxdı - FOTO
21:57 21 Aprel 2018
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 18-də Sumqayıt şəhər sakini, 17 yaşlı idmançı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Xəzər bağları tərəfdə məşqə gedib və itkin düşüblər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə ehtiyatda olan zabit Abuzər Abilov məlumat verib.

Onun sözlərinə görə, Nüsrət ekstremal idman növləri ilə məşğul olub, idmançı kimi müxtəlif yarışlarda iştirak edib, dəfələrlə medal və diplomlar alıb. Bu dəfə də rezin qayıq götürərək, dənizdə məşq edəcəkmiş.

Gənclərin itkin düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və Dövlər Sərhəd Xidmətinə məlumat verilib. Amma 3 gün keçməsinə baxmayaraq, gənclərlə bağlı xəbər yoxdur.

Sumqayıt Şəhər Polis İdarəsi hadisə yerinə baxış keçirib.

Mənbə bildirir ki, gənclərin yaxınları yalnız sahildə axtarış aparılmasına etiraz ediblər. Onlar açıq dənizdə də axtarışlara başlanmasını istəyirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/644398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR