Azərbaycanlı teleaparıcı: "Xəbər "sima"sına hər tədbiri yaraşdırmıram..." - FOTOSESSİYA

Azərbaycanlı teleaparıcı: "Xəbər "sima"sına hər tədbiri yaraşdırmıram..." - FOTOSESSİYA
00:22 12 Yanvar 2015
1240 Şou
Ölkə mətbuatı
A- A+

Teleaparıcı Alidə Mustafayevanın Milli.Az-a müsahibəsi.

- Alidə xanım, KİV-də sizin barənizdə xəbərlərə, müsahibələrə az-az rast gəlinir. Bu nə ilə əlaqədardır?

- Diqqət mərkəzində qalmağı bir o qədər də sevmirəm. Başım işimə qarışıq olur. Bir az da dediyim sözlərin təhrif olunub yazılmağından ehtiyat edirəm.

- Son bir neçə il ərzində işinizdə hansı irəliləyiş var?

- Məlum məsələdir ki, illər ötdükcə insan işində daha da təcrübə toplayır və peşəkarlaşır. Mən də həmçinin. Hələ ki, ilk iş yerim olan ATV telekanalında və “Xəbərlər” departamentindəyəm. Sonrasını Allah bilir.

- Yəni ki, başqa bir telekanala keçidiniz, yaxud fərqli ampluada veriliş aparmağınız gözləniləndirmi?

- Xeyr, mənimki xəbərdir. Mən özümü bu sahədə tapmışam. ATV də mənim işləmək üçün arzuladığım telekanal olub. Bilmirəm nədəndir, həmişə deyirdim ki, xəbərləri aparacam, özü də məhz ATV-də. İndi də şükürlər olsun ki, istədiyim yerdəyəm və özümü bu sahədə inkişaf etdirməyə can atıram.

- Bəs şəxsi həyatınızda hansı yeniliklər var? Nişan, filan...

- Hələ ki, heç nə yoxdur. İnşallah, olanda hamınız biləcəksiniz.

- Sevdiyiniz insan da yoxdur?

- O da yoxdur (gülür).

- Qapınızda toy sədaları yaxın neçə il ərzində eşidiləcək təxminən?

- Bu barədə heç nə deyə bilmərəm. Qismət olanda o da olacaq.

- Özünüzü kifayət qədər yaxşı tanıyırsınız?

- Lazım olandan da artıq tanıyıram.

- Kimsiniz?

- Alidə Mustafayeva (gülür).

- O Alidə ki, elə bil, bir az qapalı, bir az da kaprizləri olan xanımdır. Buna haradasa belədir demək olar?

- Tam kaprizli biri deyiləm. Amma özümə görə kaprizlərim var. Qapalılığımsa daxilimdən gəlir.

- Ciddiliyiniz onsuz da efirdə özünü büruzə verir. Bizə efirdənkənar Alidədən danışsanız, pis olmaz.

- Efirdən kənarda efirdəki qədər ciddi olmuram. Deyib-gülməyi, zarafatı xoşlayan biriyəm. Amma yerində...

- Oğlan dostunuz var?

- Sırf oğlan dostum var desəm, düzgün olmaz. İş yoldaşlarımla hər gün eyni şəraitdə, iş prosesində ünsiyyətdə oluram. Onların bəzilərini özümə dost bilirəm.

- Heç olubmu ki, sizinlə dostluq edən biri sonradan sizə eşq elan etsin?

- Belə bir hal olmayıb. Çünki mən qabaqcadan insanların fikirlərini hiss edə bilirəm. Qoyduğum sərhədi keçmək istəyənləri özümdən dərhal uzaqlaşdırıram.

- Siz nəinki sonradan uzaqlaşdırmaq, heç deyəsən, insanları əvvəldən yaxına buraxmırsınız axı...

- Düzdür, bu barədə bir az ehtiyatlı davranıram. Ünsiyyət qurmağımda bir problem yoxdur. Amma hər insanı da çevrəmə buraxmıram.

- Sosial şəbəkələrdən istifadə etmək baxımından siz də “xəstələnənlərdənsiniz”?

- Deməzdim. O qədər də yox. Əvvəllər, məncə, sosial şəbəkələrdə daha fəal idim. İndi isə vaxt tapanda istifadə edirəm.

- “Blok”a saldıqlarınız çoxdur?

- Kifayət qədər (gülür).

- Qısa ətəklərdən istifadə edirsiniz?

- Çox qısa yox, normal şəkildə istifadə edirəm. O da ki toydan-toya, tədbirdən-tədbirə.

- Tədbir demişkən, toy və ya şou-proqram aparırsınız?

- Dövlət tədbirlərinə dəvət alanda dəyərləndirirəm. Toy, şou-proqram mənlik deyil.

- Buna da özəl bir səbəb var?

- Səbəb budur ki, mən xəbər aparıcısıyamsa, xəbər “sima”sına hər tədbiri yaraşdırmıram. Xəbər kifayət qədər ciddilik tələb edən bir sahədir.

Cavidan Abdullayev
Milli.Az

































Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/316006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR