Sumqayıt FACİƏ: 2 nəfər dənizə batdı

Sumqayıt FACİƏ: 2 nəfər dənizə batdı
10:37 22 Aprel 2018
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərindən dənizə çıxmış 2 nəfər batıb.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/644459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR