2 nəfər dənizdə batdı - SUMQAYITDA FACİƏ

2 nəfər dənizdə batdı - SUMQAYITDA FACİƏ
11:13 22 Aprel 2018
195 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərindən dənizə çıxmış 2 nəfər batıb.

Publika.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/238407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR