Hakimiyyət xalqa keçib... - Sərkisyan acıq edib, görüşü tərk etdi

Hakimiyyət xalqa keçib... - Sərkisyan acıq edib, görüşü tərk etdi
11:28 22 Aprel 2018
171 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün İrəvanda Ermənistan baş naziri Serj Sərkisyan və onun istefasını tələb edən müxalifət lideri Nikol Paşinyan arasında keçirilən görüş nəticəsiz başa çatıb.

APA-nın verdiyi məlumata görə, "Marriott Armenia" otelində keçirilən görüşün əvvəlində S. Sərkisyan danışıqların jurnalistlərin iştirakı ilə aparılmamalı olduğunu bildirib.

N. Paşinyan isə görüşdə yalnız S. Sərkisyanın istefası məsələsinin müzakirə olunacağını söyləyib. S. Sərkisyan isə deyib ki, əgər N. Paşinyan bu tonda danışacaqsa, o, hüquqi müstəviyə qayıtmağı məsləhət görür, əks halda baş verəcək hadisələrə görə məsuliyyət N. Paşinyanın üzərində qalacaq. N. Paşinyan heç kimin təhdid dilində danışmadığını, S. Sərkisyanın ölkədəki vəziyyəti təsəvvür edə bilmədiyini, ölkədə hakimiyyətin xalqa keçdiyini vurğulayıb.

Parlament seçkilərində 7-8 faiz səs yığan fraksiya rəhbərinin xalq adından danışmaq hüququ olmadığını deyən S. Sərkisyan daha sonra artıq N. Paşinyanla danışmaq arzusunun olmadığını söyləyərək görüşü tərk edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/region/238410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR