Ermənistanda bir gündə 277 etirazçı tutuldu

Ermənistanda bir gündə 277 etirazçı tutuldu
02:29 23 Aprel 2018
102 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 22-də Yerevanda sabiq prezident Serj Sərkisyanın baş nazir postunu tutmasına etiraz əlaməti olaraq keçirilən aksiyada iştirak edənlərdən 277 nəfər saxlanılıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Polisinin mətbuat xidmətinin rəisi Edqar Canoyan bildirib.  

 

Ötən gün İrəvanın Erebuni rayonunda  polis yürüş keçirən aksiyaçıların qarşısını kəsib və toqquşma baş verib. Qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb, 200-dən çox etirazçı saxlanılıb. Aksiyalara rəhbərlik edən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan da saxlanılıb və ona qarşı ictimai asayişi pozmaqla bağlı ittiham irəli sürülüb. Ermənistan Baş Prokurorluğu parlamentin deputatları Sasun Mikaelyan və Ararat Mirzoyanın da saxlanıldığını açıqlayıb.

 

Bundan əvvəl  S. Sərkisyan və müxalifət lideri Nikol Paşinyan arasında görüş keçirilib. Cəmi 3 dəqiqə davam edən görüşdə N. Paşinyan S. Sərkisyanın istefa verməsini tələb edib. S. Sərkisyan isə bu tələbi qəbuledilməz adlandırıb və görüşü tərk edib.

 

Xatırladaq ki, S. Sərkisyanın baş nazir seçilməsinə ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299415

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR