Uşaqlara təcavüz edənlər edam olunacaq - YENİ QANUN

Uşaqlara təcavüz edənlər edam olunacaq - YENİ QANUN
08:38 23 Aprel 2018
295 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistan hökuməti təcavüz hallarının qarşısını almaq məqsədi ilə yeni qanun layihəsi hazırlayıb.

Publika.az xəbər verir ki, son günlər ölkədə uşaqlara təcavüz hallarının artması səbəbindən kütləvi etirazlar baş qaldırıb. Hakimiyyət isə etirazların qarşısını almaq üçün qanun layihəsi hazırladığını iddia edir. Qanun layihəsi ölkədə "Yetkinlik yaşına çatmamış şəxslərin müdafiəsi" cəmiyyəti tərəfindən hazırlanıb.

Qanuna əsasən 12 yaşına çatmamış uşaqlara təcavüz edən şəxsləri minimum 20 il, maksimum isə ömürlük həbs cəzası və ya ölüm hökmü gözləyir. Qrup halında təcavüz halları qeydə alınarsa, həmin şəxslər vəziyyətdən asılı olaraq ömürlük həbs və ya edam hökmü ilə cəzalandırılacaqlar.

Bundan başqa, qanun layihəsində qeyd olunub ki, yaşı 16-dan az olan qız uşaqlarına təcavüz edən şəxslər Hindistan hakimiyyəti tərəfindən minimum 10, maksimum 20 il müddətinə azadlıqdan məhrum ediləcəklər. Qadınlara qarşı təcavüz halları üçün minimum 10 il müddətinə həbs nəzərdə tutulub.

Ölkədə azyaşlı uşaqlara qarşı seksual xarakterli cinayətlərin sayının artması ciddi rezonans doğurub. Bu məqsədlə hazırlanan qanun layihəsinin 6 ay müddətində Parlamentdə müzakirəyə qoyulacağı bildirilib.

Xatırladaq ki, son günlərdə ölkənin Katxua şəhərində şəhərdən kənarda atılmış zavod yaxınlığında 8 yaşlı qızın cansız bədəni aşkar edilib. Ekspertiza nəticələrinə görə qız zorlanaraq öldürülüb. Ötən ay ərzində ölkədə 11 yaşına çatmamış 86 nəfər qız uşağının təcavüzə məruz qalaraq öldüyü deyilib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/238439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR