Neslihan Atagül ərinə SÜRPRİZ ETDİ - FOTO

Neslihan Atagül ərinə SÜRPRİZ ETDİ - FOTO
10:23 23 Aprel 2018
250 Şou
Ölkə mətbuatı
A- A+

Neslihan Atagül Doğulu həyat yoldaşı Kadir Doğulu üçün sürpriz doğum günü ziyafəti təşkil edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən aktyorun 36 yaşı tamam olub. Ziyafətdə cütlüyün yaxın dostları iştirak edib.

Müğənni Murad Dalkılıç gecəyə aktrisa sevgilisi Hande Erçellə birlikdə gəlib.

Aktyoru təbrik etməyə gələnlər arasında Erkan Kolçak Köstendil, Cansu Tosun, Səda Güvən və Kaan Urqancıoğlu kimi məşhurlar olub.

Kadir Doğulu və Neslihan Atagül məkandan ayrı-ayrı çıxıb. Müxbirlərin “Kadir bəy bütün qonaqları təkbaşına yola saldı. İndi də evə tək gedirsiniz. Dalaşmısınız?” sualına Atagül "Yox dostlar, sadəcə maşında yer olmadığı üçün həyat yoldaşım gəlmədi. Mən qonaqlarımı aparıram" , - deyə cavab verib.

Məkandan hamıdan sonra çıxan Kadir Doğulu "Sağ olsun canım arvadım, mənə bu sürpriz gecə təşkil edib. Onu çox sevirəm. Həyatımdakı ən gözəl şey canım həyat yoldaşımdır", - deyə bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/238483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR