Səyyar ASAN bu rayonlarda olacaq

Səyyar ASAN bu rayonlarda olacaq
11:29 23 Aprel 2018
50 Digər
Ölkə mətbuatı
A- A+

Səyyar ASAN xidmət 28 mart – 26 aprel Qusar, Astara, Balakən, Yevlax, Şəmkir şəhərlərində, 14 aprel – 3 may Zərdab rayonunda, 16 aprel – 10 may Xaçmaz şəhərində, 20 aprel – 4 may Xızı şəhərində, 20 aprel – 19 may Şirvan şəhərində, 23 aprel – 7 may Binə qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. ASAN-dan Lent.az-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299440

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR