Rusiya Ermənistana ordu yeridəcək? – Moskvadan AÇIQLAMA

Rusiya Ermənistana ordu yeridəcək? – Moskvadan AÇIQLAMA
13:18 23 Aprel 2018
100 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Ermənistandakı prosesləri müdaxilə etmək planları yoxdur.

Publika.az “Nezavisimaya Gazeta” nəşrinə istinadən xəbər verir ki, bu haqda bu haqda Dövlət Dumasının MDB işləri üzrə dövlət komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin bildirib.

“Ermənistandakı daxili hadisələrə qarışaraq aktiv güc rolunda çıxış etmək Rusiyaya lazımdırmı? Mən hesab etmirəm ki, bunun üçün hansısa bir an yetişib”, - o deyib.

Zatulin vurğuladı ki, Ermənistan hakimiyyətinin resursları yaranmış ziddiyyətləri aradan qaldırmağa imkan verir.

İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-də başlayıb. Aprelin 17-də isə Nikol Paşinyan "məxməri inqilab"ın başlandığını bəyan edib. Müxtəlif hesablamalara görə, aksiyalarda 35 mindən 160 minə qədər insan iştirak edir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/mdb/238511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR