İlk “8К” televizorunun qiyməti məlum olub

İlk “8К” televizorunun qiyməti məlum olub
14:35 23 Aprel 2018
Ölkə mətbuatı
A- A+

“Şarp” şirkətinin ötən ilin sentyabrında Almaniyada keçirilən “IFA 2017” sərgisində ictimaiyyətə təqdim etdiyi “8К” formatlı dünyanın ilk televizoru satışa çıxarılır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, satışına bu həftə başlanacaq “Sarp LV-70X500E” modelinin Avropada qiyməti 11199  avro olacaq.
 
Məlumata görə, 33,2 milyon pikseldən ibarət matrisa ilə təchiz edilən yeni televizorun ölçüsü diaqonal üzrə 70 düym təşkil edir. Ekranın təsvir ölçüsü 7680×4320 pikselə, maksimal parlaqlıq isə 1000 kd/m2 işıq parlaqlığına bərabərdir. Bundan başqa, “HDR” texnologiyası dəstəklənir. BT2020 rəng qamması 86 faiz təşkil edir. Həmçinin televizora “HDMI”, “D-sub 2K” və “USB” çıxışları, eləcə də 32 vatt gücündə 2,1 formatlı akustik sistem quraşdırılıb.
 
Nizam Nuriyev




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-54067-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR