Azərbaycan-Rusiya sərhədində aksiz gömrük postu yaradılacaq

Yaxın vaxtlarda Azərbaycan-Rusiya sərhədində aksiz gömrük postu yaradılacaq.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, bu, Rusiyaya göndərilən yerli tütün məhsulları və alkoqollu içkilərin idxalını asanlaşdıracaq:

"Əvvəllər yerli mallar Gürcüstana gedir, oradan Rusiyaya ötürülürdü. İndi buna ehtiyac qalmayacaq".

Ş.Mustafayev həmçinin iki ölkə arasında ticarət münasibətlərinin uğurlu inkişafını qeyd edib:

“Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 22 faiz artıb. Bu ilin yanvar-mart aylarında ticarət dövriyyəsi 32 faiz, Azərbaycandan Rusiyaya ixracat isə 50 faiz artıb”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ildə Rusiya ilə ölkəmiz arasında mal dövriyyəsi 2,14 milyard dollar təşkil edib.

Hava ilə bağlı ŞAD XƏBƏR - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR