Azərbaycan-Gürcüstan sərhədində yeni körpünün inşası

Azərbaycan-Gürcüstan sərhədində Samur çayı üzərində avtomobil körpüsü 2019-cu ildə başa çatacaq.

Metbuat.az-ın trend-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Körpünün tikintisi ötən ilin oktyabr ayında başlayıb. Uzunluğu 325 metr təşkil edəcək. Körpü üzərində nəzarəti Rusiya tərəfi təmin edəcək.

Bundan əvvəl Rusiya KİV-ləri yazırdı ki, körpünün tikintisi 1,2 milyard rubla başa gələcək. Layihəni hər iki tərəf maliyyələşdirir.

Xatırladaq ki, Azərbaycan və Rusiya hökumətləri arasında yeni körpünün tikintisi haqqında sənəd 2013-cü il sentyabrın 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə tikilmiş, hazırda da istifadə olunan körpünü əvəz edəcək.

Ermənistanda soyuq MÜHARİBƏ BAŞLADI - Rusiya Ermənistanı İTİRƏCƏK - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR