Paşinyan azadlığa çıxdı - FOTO

Paşinyan azadlığa çıxdı - FOTO
15:52 23 Aprel 2018
119 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bizim hərəkətlərimizin məntiqi dəyişməyib. Axşam saatlarında Respublika Meydanında mitinq keçirəcəyik. İlk öncə isə hazırki vəziyyətlə tanış olmalıyam. Bundan sonra qərar qəbul edəcəm. Hələliksə bu qədər".

Milli.Az xəbər verir ki, bu sözləri "Mənim addımım" hərəkatının başçısı, deputat Nikol Paşinyan azadlığa çıxdıqdan sonra deyib.

O qeyd edib ki, hərəkatın tutulmuş bütün tərəfdarları azadlığa buraxılmalıdır.

Paşinyan Karapetyanla apardıqları danışıqlar barədə suallara isə mitinqdə cavab verəcəyini deyib:

"Yaxın 2 saat ərzində heç bir açıqlama verməyəcəm. Mitində bütün sualları cavablandıracam və hər şey barədə ətraflı danışacam"

Paşinyanla bərabər saxlanılmış 2 digər deputat Ararat Mirzoyan və Sasun Mikaelyan da azadlığa buraxılıb.

Adil Nəcəfov
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/644831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR