Sərkisyandan sonra NƏ OLACAQ? - "Bakı mesaj yollamalıdır ki..." - ŞƏRH

Sərkisyandan sonra NƏ OLACAQ? - "Bakı mesaj yollamalıdır ki..." - ŞƏRH
17:23 23 Aprel 2018
83 Digər
Ölkə mətbuatı
A- A+

"Ermənistan cəmiyyətinin qatil Serj Sərkisyandan qurtulması bölgədəki durumu dəyişir".

Publika.az xəbər verir ki, bu sözləri “Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri, analitik Elxan Şahinoğlu Srj Sərkisyanın istefasını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, bu Kremlin Ermənistandan imtina etməsi demək deyil:

“Birincisi, Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar. Ancaq yeni gələcək baş nazir Rusiya və Qərb arasında manevr etmək imkanında deyil. Ermənistan Rusiyanın təsir dairəsindədir. Kreml Sərkisyanı qorumaq istəmədi, ancaq bu o demək deyil ki, Ermənistandan imtina etmək fikrindədir. Rusiya Sərkisyanın yerinə öz adamını oturtmağa çalışacaq, ya da yeni baş naziri “Rusiyasız hərəkət edə bilməzsən” reallığını qəbul etdirməyə çalışacaq. Buna baxmayaraq, Qərb də yeni baş nazir uğrunda mübarizəyə başlayacaq.

İkincisi, rəsmi Bakı da ciddi götür-qoy etməlidir. 20 ildir Ermənistan Köçəryan-Sərkisyan girovluğunda idi və bu şəxslər işğalı həyata keçirənlərdir, heç zaman münaqişənin sülh yolu ilə həllinə yaşıl işıq yandırmayacaqdılar, necə ki, yandırmadılar. İndi Ermənistana yeni gələnlərə Bakı mesaj yollamalıdır ki, əgər işğaldan vaz keçsələr və ədalətli sülhə razılaşsalar, bu Ermənistanın da xeyrinədir”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/238555.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR