Heydər Əliyev prospektinin bir hissəsi təmir olunur

Heydər Əliyev prospektinin bir hissəsi təmir olunur
17:44 23 Aprel 2018
44 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektinin Sabunçu yol qovşağı”ndan “Böyük Şor yol qovşağı”nadək olan hissəsində təmir-tikinti işləri aparılır. Agentlikdən Lent.az-a verilən məlumata görə, təmir-tikinti işləri aparılan ərazinin uzunluğu 2.1 km, eni isə ərazilərdən asılı olaraq 26-36 metr təşkil edir.

 

Prospektin sözügedən hissəsində intensiv hərəkət nəticəsində asflat-beton örtyünün üst qatında aşınmalar meydana gəlib. Bu üzdən asfalt-beton örtüyünün aşınma qatının yenilənməsinə ehtiyac var idi.

 

Təmir-tikinti işləri çərçivəsində yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra asfaltlanma işlərinə start verilib. Bu çərçivədə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri ümumilikdə 100 min kv.m-ə yaxın sahəni əhatə edəcək.

 

Qeyd edək ki, işlər “Sabunçu yol qovşağı”ndan şəhər mərkəzinə doğru olan istiqamətdə, 3 hərəkət zolağında aparılır. Bu üzdən həmin zolaqlarla hərəkət müvəqqəti məhdudlaşdırılıb. Hərəkət digər zolaqlara istiqamətləndirilib. Bir istiqamət üzrə aparılan təmir-tikinti işlər yekunlaşdırıldıqdan sonra, əks istiqamətdə analoji işlərə start veriləcək.

 

Aparılan təmir-tikinti işləri çərçivəsində yol ayrıcının da yenidən qurulması istiqamətində addımlar atılır. Bu məqsədlə yol ayrıcında quraşdırılmış əyri-xətli dəmir tirlər və köhnə səki daşları sökülərək kənarlaşdırılıb. Yol ayrıcının kənarlarına 4200 paqon-metr yeni səki daşları düzülür, üstünə isə 6400 kv.m sahəyə isə tamet daşları döşənir.

 

Təmir-tikinti işləri tikinti norma və standartlarına uyğun şəkildə, texnoloji ardıcıllığa riayət edilməklə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299478

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR