Məscid hücumuna da etiraz edin

Məscid hücumuna da etiraz edin
01:51 12 Yanvar 2015
218 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə terror əleyhinə keçirilən “Birlik marşı”nda iştirak edən Türkiyənin baş naziri Əhməd Davudoğlu bütün dünyaya müraciət edib. ANS PRESS-in məlumatına görə, Davudoğlu dünya ictimaiyyətini Avropada baş vermiş məscid hücumlarına qarşı da həssas olmağa səsləyib.

“Məscid hücumlarına qarşı da eyni həssaslığın göstərilməsini gözləyirik. Türkiyənin bu məsələdə mövqeyi prinsipialdır. Bu mövqeyi varlığımızla hər yerdə ayaq üstə tutmağa davam edəcəyik”.

Türkiyə baş naziri Fransua Ollandın açıqlaması zamanı terroru İslam dini ilə əlaqələndirməməsini də razılıqla qarşılayıb.

“Ollandın, İslamın terrorla əlaqələndirlməsinin doğru olmayacağı barədə verdiyi açıqlama çox əhəmiyyətlidir”.

Terror mövzusunda sıxıntıları olmuş bir ölkə kimi bundan sonra da terror fəaliyyətlərinə qarşı səsini yüksəldəcəyini deyən Davudoğlu dini mənsubiyyətindən asılı olmayaraq bu cür hörməti terror bəlasına məruz qalmış hər kəsə qarşı gözlədiklərini vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR