Azərbaycanın Energetika və İranın Neft nazirlikləri arasında memorandum təsdiqləndi

Azərbaycanın Energetika və İranın Neft nazirlikləri arasında memorandum təsdiqləndi
22:18 23 Aprel 2018
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Publika.az xəbər verir ki, fərmanla Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında 2018-ci il martın 28-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Bu fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti onun müddəalarının həyata keçirilməsini təmin etməlidirlər.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərməlidirlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/238590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR