Bakıda magistral yolda sürət həddi azaldıldı

Bakıda magistral yolda sürət həddi azaldıldı
00:23 24 Aprel 2018
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda Bilgəh-Mərdəkan yolunda sürət həddi azaldılıb.

Publika.az Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektinin bəzi hissəsində (Sabunçu körpüsündən Əmircan qəsəbəsinə və Bilgəhdən Mərdəkan qəsəbəsinədək) sürət həddi bütün zolaqlar üzrə 20 km/saat endirilib.

Məlumat üçün qeyd edək ki, hazırda paytaxtın Heydər Əliyev prospekti ("Koroğlu" metrostansiyasından hava limanı istiqamətində), Ziya Bünyadov prospekti ("Koroğlu" metrostansiyası istiqamətində) Sabunçu-Zabrat yolunda, Bakıxanov, Qaraçuxur qəsəbələrində, Nizami rayonun müəyyən hissəsində duman müşahidə edilir. Sürücülərə diqqətli olmalarını tövsiyə edirik.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/238604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR