Kanadada terror törədən sürücü Ermənistan vətəndaşı çıxdı - FOTO/VİDEO

Kanadada terror törədən sürücü Ermənistan vətəndaşı çıxdı - FOTO/VİDEO
08:13 24 Aprel 2018
90 Digər
Ölkə mətbuatı
A- A+

Kanadanın Toronto şəhərində furqonu piyadaların üzərinə sürərək 10 nəfərin ölümünə, 15 nəfərin yaralanmasına səbəb olan sürücünün şəxsiyyəti müəyyənləşib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Kanada polisi müəyyən edib ki, 25 yaşlı sürücünün adı Alek Minasyandır və o, Ermənistan vətəndaşıdır. Sürücü saxlanılan zamanı polisə silahlı müqavimət göstərib.

Hüquq-mühafizə orqanları cinayətin motivləri ilə bağlı hələ ki, heç bir açıqlama vermir.

"Reuters" iddia edir ki, baş verən hadisənin əsas versiyası terror aktıdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/diger/238611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR