1 milyon rus rublunu ölkədən çıxarmaq istəyərkən saxlanıldı

1 milyon rus rublunu ölkədən çıxarmaq istəyərkən saxlanıldı
16:03 24 Aprel 2018
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Bakı-Moskva aviareysilə getmək istəyən Rusiya Federasiyasının vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin onun üzərində gömrük orqanına bəyan edilməmiş malların olması ilə bağlı əsaslı şübhə yaranıb.

Vətəndaş saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Nəticədə, onun gödəkçəsinin və şalvarının ciblərində gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, şifahi, yazılı və ya elektron formada bəyan olunmayan cəmi 1 milyon Rusiya rublu (27500 AZN) aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/238687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR