Paşinyan istədiyi postu AÇIQLADI: “Seçicilərin 90 faizi…”

Paşinyan istədiyi postu AÇIQLADI: “Seçicilərin 90 faizi…”
20:53 24 Aprel 2018
132 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda kütləvi etirazların təşkilatçısı, “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı Nikol Paşinyan baş naziri olmağa hazırdır.

Publika.az xəbər verir ki, o, bu haqda keçirdiyi brifinqdə bildirib.

“Əgər xalq məsuliyyəti üzərimə qoyarsa, baş nazir olmağa hazıram”, - müxalifət lideri deyib.

Müxalifətçinin sözlərinə görə, seçicilərin 90 faizi onu dəstəkləyir.

Xatırladaq ki, Serj Sarkisyan dünən istefa verib. Onun baş nazirliyinin qarşı etiraz aksiyaları aprelin 13-də başlamışdı.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/southcaucasus/238718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR