Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırıq - XİN - VİDEO

Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırıq  - XİN - VİDEO
21:22 24 Aprel 2018
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Qarabağ münaqişəsinin həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırıq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Ermənistandakı hakimiyyət dəyişikliyini şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistan xalqını əsarətdə və müharibə xofu altında saxlayan Sarkisyan rejiminin yürütdüyü siyasət nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həllində indiyə qədər irəliləyiş əldə etmək mümkün olmayıb.
Hikmət Hacıyev qoşunların təmas xəttində Azərbaycan tərəfindən guya hərbi texnika və canlı qüvvənin cəmləşdirilməsi barədə keçmiş Sarkisyan rejiminin ünsürlərinin açıqlamalarının həqiqəti əks etdirmədiyini və burada məqsədin yalnız ictimai fikri çaşdırmaq olduğunu bildirib.
Hikmət Hacıyev, həmçinin onu da qeyd edib ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/645232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR