ABŞ-ın Suriyada əsl HƏDƏFİ bu imiş – Tramp bütün suallara SON QOYDU

ABŞ-ın Suriyada əsl HƏDƏFİ bu imiş – Tramp bütün suallara SON QOYDU
22:13 24 Aprel 2018
80 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ İrana Aralıq dənizinə giriş əldə etməyə icazə verməyəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“Biz İranın Aralıq dənizinə çıxan yolunun qarşısında güclü baryer qoyacağıq. Mənim fikrimcə, bu, çox əhəmiyyətlidir, çünki əgər biz bunu etməsək, onda İran Aralıq dənizinə birbaşa girişi əldə edəcək. Bu, olmamalıdır”, - ABŞ-ın lideri deyib.

Tramp həmçinin Suriyadan çıxmaq arzusunu ifadə edib:

“Mən oradan getmək istəyərdim. Mən bizim döyüşçülərimizi evə geri qaytarmaq istəyərdim”, - Tramp vurğulayıb.

Amma Amerika lideri hərbçilərin Suriyadan çıxarılacağı tarixi dəqiqləşdirməyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neareast/238725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR