Cəlilabad sakini həmkəndlisini bıçaqlayıb

Cəlilabad sakini həmkəndlisini bıçaqlayıb
22:17 24 Aprel 2018
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki,hadisə axşam saatlarında Privolniye kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri Elgün Şahmarovla Elməddin Xəlil oğlu Şükürov arasında mübahisə yaranıb. Mübahisə zamanı E. Şahmarov üzərində gəzdirdiyi bıçaqla E. Şükürova çoxsaylı bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunmaq üçün Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/645255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR