Metro cibgiri ƏLƏ KEÇDİ

Metro cibgiri ƏLƏ KEÇDİ
13:33 25 Aprel 2018
60 Ölkə
Ölkə mətbuatı
A- A+

İctimai nəqliyyatda cibgirlik edən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, “Bakı Metropoliteni”ndə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini G.Bədəlova “Gənclik” stansiyasının platformasında çantasından mobil telefonunun oğurlandığını bildirib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev olduğu məlum olub. Ətrafında aparılan tədbirlərlə onun aprelin 22-də metronun “İçərişəhər” stansiyasının platformasında Ağdam rayon sakini İ.Məhəmmədlinin cibindən mobil telefon oğurladığı da müəyyən edilib. Mobil telefonlar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/238789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR