ABŞ Şərqə investisiya qoyur

ABŞ Şərqə investisiya qoyur
04:46 12 Yanvar 2015
189 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Cənubi Asiya ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsi məqsədi ilə Hindistanda təşkil edilən investisiya sammitində iştirak edir.

ANS PRESS-in məlumatına görə, Con Kerri Qucarat ştatının paytaxtı Əhmədabad şəhərinə çatan ABŞ nümayəndə heyətinə rəhbərlik edir.

Dövlət katibi sammit çərçivəsində Hinsitanın baş naziri Narendra Modi ilə görüş keçirməlidir. O, ABŞ prezidenti Barak Obamanın Hindistanın Respublika Günü mərasiminə qatılmaq planlarını da müzakirə edəcək.

Con Kerri sammitdəki çıxışı zamanı qarşılıqlı və qlobal ticarət əlaqələrindən danışıb. O deyib ki, əməkdaşlıq yolu ilə Hinsitanın kənd təsərrüfatı sistemi canlandırıla bilər.

Dövlət katibi dünən Almaniyada Oman sultanı ilə görüş keçirib.

Dövlət Departamentinin bildirdiyinə görə, Kerri və sultan Qabusun söhbəti 90 dəqiqə sürüb. 74 yaşlı sultan artıq bir neçə aydır Almaniyada müalicədədir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR