Ermənistanda nazir istefa verdi:

Ermənistanın idman və gənclərlə iş üzrə naziri vəzifəsini icra edən Qraç Rostomyan istefa verib.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, o, bəyanatında belə qeyd edib: "Ermənistan dövlətçiliyi uğrunda mühüm məqamı və hər bir vətəndaşın məsuliyyətini dərk edərək, idman və gənclərlə iş üzrə nazir vəzifəsindən istefa verirəm. "Çiçəklənən Ermənistan" partiyasının tərəfdarı kimi, mən partiyanın lideri Qaqik Tsarukyanın çağırışını dəstəkləyir və şəxsən küçəyə çıxıram".

Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR